• Bakı C

    1.52 m/s

  • USD - 1.7

    EUR - 2.0244

    RUB - 2.2001

Azərbaycan iqtisadiyyatı 2 %-ə yaxın böyüdü

İQTİSADİYYAT

11 Fevral 2026 | 14:40

Azərbaycan iqtisadiyyatı 2 %-ə yaxın böyüdü

Bu ilin yanvar ayında Azərbaycanda 9 milyard 78,7 milyon manatlıq və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 1,7 % çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub.

Bakıvaxtı.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, son 1 ildə iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,6 %, qeyri neft-qaz sektorunda isə 2,3 % artıb.

ÜDM istehsalının 33,9 %-i sənaye, 11,7 %-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,8 %-i nəqliyyat və anbar təsərrüfatı, 3,6 %-i tikinti, 3,3 %-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,4 %-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 2,2 %-i informasiya və rabitə sahələrinin, 23,4 %-i digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 11,7 %-ni təşkil edib.

Ay ərzində ölkədə adambaşına düşən ÜDM-in dəyəri 885 manat olub.


SON XƏBƏRLƏR