• Bakı 13° C

    7.63 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Azərbaycan-İran sərhədində hindistanlı saxlanıldı

CƏMİYYƏT

22 May 2023 | 13:29

Azərbaycan-İran sərhədində hindistanlı saxlanıldı

May ayının 22-də saat 00:45-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində, Azərbaycan Respublikasından İran İslam Respublikası istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən Hindistan Respublikası vətəndaşı 1976-cı il təvəllüdlü Harminder Singh saxlanılıb.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Bakıvaxtı.az-a verilən məlumata görə, araşdırma zamanı saxlanılan şəxsin ölkə ərazisinə rəsmi qaydada gəlməsi, dövlət sərhədini pozaraq Azərbaycandan İrana qeyri-qanuni yolla keçmək niyyətində olduğu müəyyən edilmişdir.

Fakt üzrə araşdırma tədbirləri davam etdirilir.
 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026