• Bakı 13° C

    6.4 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Azərbaycanda 4 günlük iş rejimi tətbiq ediləcək?

CƏMİYYƏT

21 Iyun 2023 | 12:04

Azərbaycanda 4 günlük iş rejimi tətbiq ediləcək?

“Avropa ölkələrinin bəzilərində 4 günlük iş sistemi mexanizmi tətbiq edilib”. 

Bakıvaxtı.az xəbər verir ki, bunu İnsan Resursları Zirvəsində medoratorun “Azərbaycanda 4 günlük iş rejimi tətbiq ediləcək?” sualına cavab verərkən İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev bildirib.

“Azərbaycan əmək bazarı üçün 4 günlük iş rejiminin tətbiq edilməsi ilə bağlı qərar təkcə İqtisadiyyat Nazirliyindən asılı deyil. 

4 günlük iş rejiminə keçid üçün digər dövlət qurumları və subyektlərlə aparılan müzakirələrin və təhlillərin nəticəsində qərar verilməlidir”, - deyə E.Əliyev bildirib. 

O, son zamanlar ictimaiyyəti narahat edən bir məsələyə də toxunub: “Rəqəmsallıq iş yerlərini itirməklə yanaşı fürsətlər yaradacaq. Belə ki, informasiya texnogiyalar ilə bağlı bacarıqlarımız artacaq”.

Ramid İbrahimov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026