• Bakı 11° C

    5.04 m/s

  • USD - 1.7

    EUR - 1.8707

    RUB - 2.0606

Xanəndənin nəvəsinin öldüyü hadisə barədə Rəsmi Məlumat

CƏMİYYƏT

21 Iyun 2023 | 12:37

Xanəndənin nəvəsinin öldüyü hadisə barədə Rəsmi Məlumat

İstehsalat məntəqəsində mühafizəçinin aldığı xəsarətlərdən ölməsi faktına görə cinayət işi başlanılıb.

Bakıvaxtı.az  xəbər verir ki, bu barədə Sabirabad Rayon Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, iyunun 4-də Sabirabad Sənaye Məhəlləsində yerləşən gübrə istehsalı məntəqəsində mühafizəçi, 1988-ci il təvəllüdlü Nurlan Cəbrayılovun müxtəlif dərəcəli yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilməsi barədə  rayon prokurorluğuna məlumat daxil olub.

Müəyyən edilib ki, həmin gün saat 23 radələrində üzərinə yüksək temperaturlu gübrə məhlulunun tökülməsi nəticəsində Nurlan Cəbrayılov yanıq xəsarətləri alıb və iyunun 20-si müalicə aldığı xəstəxanada ölüb. 

Faktla bağlı Sabirabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

İbtidai istintaq davam etdirilir.

Qeyd edək ki, vəfat edən N.Cəbrayılov mərhum xanəndə Eynulla Cəbrayılovun nəvəsidir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Noyabr 2026