Azərbaycan İsraildən "Hetz 3" (Arrow-3, "Strela-3") raketdən müdafiə sistemi ala bilər.
Bakıvaxtı.az İsrailin "NEWSru.co.il" saytına istinadən xəbər verir ki, Arrow-3 orta mənzilli idarə olunan raketlərdən müdafiə üçün hazırlanmış ABŞ-İsrail raketdən müdafiə sistemidir. Sistem İsrailin "İsrail Aircraft Industries" şirkəti və Amerikanın "Boeing" konserni tərəfindən hazırlanıb. İki şirkət 2012-ci ildə "Arrow-3" layihəsi ilə bağlı əməkdaşlıq müqaviləsi imzalayıb.
"Arrow-1" və "Arrow-2" komplekslərindən fərqli olaraq, yeni sistem kinetik məhv döyüş başlığından istifadə edir. Raketin ikinci mərhələsi "Arrow-3" "Arrow-2"dən iki dəfə çox uçmağa imkan verir. Həmçinin, "Arrow-3" daha əvvəlkilərdən manevr qabiliyyəti və əyilmiş təkan vektorlu mühərriki ilə fərqlənir. Qeyd edək ki, "Arrow-3" ballistik raketləri atmosferdən kənarda tutmaq qabiliyyətinə malikdir. Hədəfi birbaşa vuruşla məhv edir.
Tərcümə şöbəsi
Bakıvaxtı.az
















