• Bakı 20° C

    8.37 m/s

  • USD - 1.7

    EUR - 1.9241

    RUB - 2.1054

Azərbaycan Özbəkistana birbaşa investisiyalarını 4 dəfə artırıb

İQTİSADİYYAT

21 Mart 2025 | 17:11

Azərbaycan Özbəkistana birbaşa investisiyalarını 4 dəfə artırıb

 Ötən il Azərbaycandan Özbəkistan iqtisadiyyatına yatırılan birbaşa xarici investisiyaların həcmi 93,108 milyon ABŞ dolları təşkil edib.

Bakıvaxtı.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, birbaşa investisiyaların həcmi bir il ərzində 4 dəfə və ya 69,868 milyon ABŞ dolları artıb.

Azərbaycanın birbaşa xarici investisiyalarının ümumi həcmində Özbəkistanın payı 5,8 % təşkil edir.

Xatırladaq ki, 2024-cü ildə Azərbaycandan digər ölkələrin iqtisadiyyatlarına birbaşa xarici investisiyalar 1,762 milyard ABŞ dolları (-43,5 %) təşkil edib.

2023-cü ildə Azərbaycandan Özbəkistana birbaşa xarici investisiyaların həcmi 23,239 milyon ABŞ dolları, Azərbaycanın xarici ölkələrə yatırdığı investisiyaların ümumi həcmi isə 3,117 milyard ABŞ dolları təşkil edib.


SON XƏBƏRLƏR

08 May 2025