• Bakı 17° C

    10.25 m/s

  • USD - 1.7

    EUR - 1.9241

    RUB - 2.1054

Azərbaycan qeyri-neft ixracını ARTIRIB

İQTİSADİYYAT

06 Iyun 2023 | 10:14

Azərbaycan qeyri-neft ixracını ARTIRIB

Bu ilin yanvar-may aylarında Azərbaycan 1 465,85 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac edib.

Bu barədə Bakıvaxtı.az-a İxracın və İnvestisiyaların Təşviqi Agentliyindən (AZPROMO) bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 22,1 % çoxdur.

Təkcə mayda isə qeyri-neft ixracının dəyəri 278,25 milyon ABŞ dolları olub ki, bu da 1 il əvvələ nisbətən 25,8 % çoxdur.

Xatırladaq ki, 2022-ci ildə Azərbaycanın qeyri-neft ixracı 2021-ci illə müqayisədə 12,3 % artaraq 3 047,67 milyon ABŞ dolları təşkil edib.


SON XƏBƏRLƏR

10 May 2025