• Bakı 8° C

    2.06 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Azərbaycan Rusiyadakı foruma dəvət olundu

CƏMİYYƏT

01 May 2024 | 22:16 | Müəllif: Subhan Mahmudov

Azərbaycan Rusiyadakı foruma dəvət olundu

Bakıda keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində görüşlər davam edir.

Bakıvaxtı.az xəbər verir ki, mayın 1-də Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimlinin Rusiya Federasiyasının mədəniyyət naziri Olqa Lyubimova ilə görüşü olub.

Söhbət zamanı Azərbaycan-Rusiya mədəni əlaqələrinin qədim tarixinin və köklü ənənələrinin olduğu bildirilib. Yaxın gələcəkdə Azərbaycanda keçirilməsi nəzərdə tutulan Rusiya Mədəniyyəti Günləri ilə bağlı fikir mübadiləsi aparılıb. Rusiyalı nazir ölkəmizi bu ilin sentyabr ayında təşkil olunacaq X Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumuna dəvət edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR