• Bakı 15° C

    7.08 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Azərbaycan və Braziliya XİN arasında siyasi məsləhətləşmələr olub

SİYASƏT

07 May 2022 | 09:29 | Müəllif: Subhan Mahmudov

Azərbaycan və Braziliya XİN arasında siyasi məsləhətləşmələr olub

Mayın 6-da Braziliyanın paytaxtı Braziliya şəhərində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Braziliya Xarici Əlaqələr Nazirliyi arasında siyasi məsləhətləşmələrin növbəti (3-cü raundu) keçirilib.

XİN-in mətbuat xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, siyasi məsləhətləşmələr zamanı ikitərəfli münasibətlərin mövcud vəziyyəti, habelə siyasi, iqtisadi və humanitar sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi müzakirə edilib. Bununla yanaşı, tərəflər regional və beynəlxalq təşkilatlar çərçivəsində tərəfdaşlıq perspektivlərinin inkişafına dair fikir mübadiləsi aparıblar.

Həmçinin, Braziliyaya səfəri çərçivəsində xarici işlər nazirinin müavini Elnur Məmmədov Braziliya Prezidentinin xarici siyasət məsələləri üzrə müşaviri Filipe Martins, kənd təsərrüfatı nazirinin müavini Marcio Eli Almeida Leandro və Braziliya Parlamentində Braziliya Azərbaycan dostluq qrupunun üzvləri ilə görüşlər keçirib. Keçirilmiş görüşlər çərçivəsində ikitərəfli münasibətlərin perspektivləri, iqtisadi əməkdaşlığın genişləndirilməsi, parlamentlərarası əlaqələrin vacibliyi müzakirə edilib, dövlətlər arasında təmasların artırılmasının əhəmiyyəti vurğulanıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026