• Bakı 12° C

    5.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Azərbaycan və Türkiyə İran sərhədində təlim keçirir - VİDEO

CƏMİYYƏT

05 Dekabr 2022 | 10:43

Azərbaycan və Türkiyə İran sərhədində təlim keçirir - VİDEO

Azərbaycanla Türkiyə arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən Azərbaycan-Türkiyə birgə təlimi keçirilir.

Bu barədə Bakıvaxtı.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Azərbaycan Ordusu və Türkiyə Silahlı Qüvvələrinin müxtəlif qoşun növlərinin şəxsi heyəti, döyüş və xüsusi təyinatlı mühəndis-istehkam texnikası, həmçinin hərbi aviasiya vasitələrinin cəlb olunması ilə keçirilən təlim Bakı şəhərini, eləcə də Astara, Cəbrayıl və İmişli rayonlarının ərazilərini əhatə edir.

Ssenariyə uyğun olaraq Azərbaycan Ordusunun Quru Qoşunları, Hərbi Hava Qüvvələri, Xüsusi Təyinatlı Qüvvələr, Mühəndis Qoşunları, Raket və Artilleriya Qoşunlarının bölmələri Türkiyə Silahlı Qüvvələrinin hərbiçiləri ilə birgə müxtəlif təlim döyüş tapşırıqlarını yerinə yetirirlər.

Təlimdə müasir döyüş üsullarından istifadə etməklə artilleriya, aviasiya və digər qoşun növlərinin hərbi əməliyyatlarda tətbiqi, onların qarşılıqlı əlaqədə fəaliyyətinin təşkili, çaylar üzərindən keçid açmaq məqsədilə panton körpülərin salınması, şərti düşmənin dərinliyinə desant endirilməsi üzrə müxtəlif tapşırıqlar da icra edilir.

Birgə təlimdə əsas diqqət qoşunların qarşılıqlı əlaqədə fəaliyyətləri zamanı döyüş uzlaşmasının təmin edilməsi, idarəetmənin təkmilləşdirilməsi, təcrübə mübadiləsi və şəxsi heyətin peşəkarlığının artırılmasına yönəldilib.


Azərbaycan və Türkiyə İran sərhədində təlim keçirir - VİDEOAzərbaycan və Türkiyə İran sərhədində təlim keçirir - VİDEOAzərbaycan və Türkiyə İran sərhədində təlim keçirir - VİDEOAzərbaycan və Türkiyə İran sərhədində təlim keçirir - VİDEOAzərbaycan və Türkiyə İran sərhədində təlim keçirir - VİDEOAzərbaycan və Türkiyə İran sərhədində təlim keçirir - VİDEOAzərbaycan və Türkiyə İran sərhədində təlim keçirir - VİDEOAzərbaycan və Türkiyə İran sərhədində təlim keçirir - VİDEOAzərbaycan və Türkiyə İran sərhədində təlim keçirir - VİDEO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR