• Bakı 14° C

    8.67 m/s

  • USD - 1.7

    EUR - 1.9129

    RUB - 2.0186

Azərbaycana turist axını 65 % bərpa olunub

CƏMİYYƏT

05 Mart 2024 | 16:23

Azərbaycana turist axını 65 % bərpa olunub

2023-cü ildə Azərbaycana gələn turistlərin sayı koronavirus (COVID-19) pandemiyasından əvvəlki dövrə nisbətən 65 % bərpa olunub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2023-cü ildəki fəaliyyəti haqqında hesabatda bildirilir.

Sənədə əsasən, bərpa prosesi daha çox qeyri-ənənəvi bazarlar üzrə müşahidə edilib.

Ötən il ölkəyə gələnlərin 13,9 %-i 1 gün, 19,3 %-i 1-3 gün, 24,4 % 4-7 gün, 8,9 %-i 8-14 gün, 1,8 %-i 15-21 gün, 31,7 %-i isə 21 gündən çox qalıb.

Xatırladaq ki, 2023-cü ildə Azərbaycana 187 ölkədən 2 085,8 min nəfər və yaxud 2022-ci illə müqayisədə 30,2 % çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

02 Oktyabr 2026