• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Azərbaycanda bu pul köçürmə sistemi fəaliyyətini dayandırdı

İQTİSADİYYAT

21 Fevral 2024 | 19:04

Azərbaycanda bu pul köçürmə sistemi fəaliyyətini dayandırdı

Rusiyanın "Contact" pul köçürmə sistemi fəaliyyətini dayandırıb.

Bakıvaxtı.az xəbər verir ki, "APA-Economics"in yerli banklardan aldığı məlumata görə, pulköçürmə sistemi Azərbaycan bankları vasitəsilə də xidməti dayandırıb.

"Contact" qeyd edib ki, bu, bu gün "QIWI Bank"ın lisenziyasının ləğv edilməsi ilə bağlıdır:

"Hörmətli müştərilər. Rusiya Bankından "QIWI Bank"ın lisenziyasının ləğv edildiyi barədə məlumat aldıq. Biz başa düşürük ki, hazırda çoxlu sualınız var. Vəziyyəti araşdırırıq və necə davam edəcəyimiz barədə məlumat əldə etdikdən sonra sizinlə əlaqə saxlayacağıq".

Qeyd edək ki, Contact pulköçürmə sistemi "QIWI Bank"ın məhsullarından biridir.


SON XƏBƏRLƏR

26 Iyul 2024