Samux rayonunda minik avtomobili ilə yük maşını toqquşub, ölən və xəsarət alanlar var.
Bakıvaxtı.az xəbər verir ki, hadisə bu gün rayon ərazisində qeydə alınıb.
Belə ki, yük maşını ilə "VAZ-2106" markalı minik avtomobili toqquşub. Nəticədə minik avtomobilinin sərnişini - 1953-cü il təvəllüdlü Knyaz Mustafayev ölüb. Hadisə zamanı daha iki nəfər isə xəsarət alıb və onlar xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırmalara başlanılıb. /Report
















