• Bakı 13° C

    4.41 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

"Azərbaycanda elektrik enerjisi istehsalı artıb" 

İQTİSADİYYAT

14 Iyul 2022 | 10:56

"Azərbaycanda elektrik enerjisi istehsalı artıb"

Bu ilin I yarısında Azərbaycanda elektrik enerjisinin istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 2,3% artaraq 13 520,5 milyon kVt/s olub.

Bakıvaxtı.az xəbər verir ki, bunu energetika naziri  Pərviz Şahbazov "Twitter" hesabında paylaşıb.

Onun sözlərinə görə, 6 ay ərzində ölkənin enerji ixracı 664,1 milyon kVt/s, enerji idxalı isə 71,1 milyon kVt/s təşkil edib. 

Qeyd edək ki, bu ilin birinci rübündə də Azərbaycanda ümumi elektrik enerjisinin istehsalında artım müşahidə olunub.  Belə ki, yanvar-aprel aylarında respublika üzrə elektrik enerjisinin istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 292,2 milyon kVt/saat, yəni 3,3 faiz artaraq 9 milyard 240,1 milyon kVt/saat olub. 

Ramid İbrahimov 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026