• Bakı 20° C

    5.68 m/s

  • USD - 1.7

    EUR - 1.8205

    RUB - 0.0184

Dövlət büdcəsinə vergi daxilolmaları artıb

İQTİSADİYYAT

12 Avqust 2022 | 11:10

Dövlət büdcəsinə vergi daxilolmaları artıb

Bu ilin yanvar-iyul aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 9 milyard 136,6 milyon manat vergi daxil olub

Bakıvaxtı.az Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, bu, proqnoza nisbətən 8,7 faiz ötən ilin eyni dövrü ilə müqayisədə isə 73,2  faiz və ya 3,9 milyard manat çoxdur.

Qeyri-neft-qaz sektorundan daxilolmalar 5 milyard 181,2 milyon manat olub, proqnoza 101,1 faiz əməl edilib. Dövlət büdcəsinə proqnozdan əlavə 56 milyon 785,9 min manat vəsait daxil olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu sektordan vergi daxilolmaları 35,9 faiz və ya 1 milyard 368 milyon manat artıb.


SON XƏBƏRLƏR

25 Aprel 2024