• Bakı 12° C

    5.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Azərbaycanda hərbçilərin maaşı artırıldı - FƏRMAN

CƏMİYYƏT

07 Noyabr 2023 | 11:36

Azərbaycanda hərbçilərin maaşı artırıldı - FƏRMAN

Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşları artırılıb.

Bakıvaxtı.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı müvafiq Fərman imzalayıb.

Fərmanla Azərbaycan Respublikası Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşları orta hesabla 20 faiz artırılıb.

Nazirlər Kabineti Fərmandan irəli gələn məsələləri həll etməli, Müdafiə Nazirliyi və Maliyyə Nazirliyi Fərmandan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir.

Fərman 2024-cü il yanvarın 1-dən qüvvəyə minir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR