• Bakı 12° C

    1.22 m/s

  • USD - 1.7

    EUR - 1.9328

    RUB - 2.0703

Azərbaycanda pərakəndə ticarət dövriyyəsi artıb

İQTİSADİYYAT

11 Aprel 2025 | 15:28

Azərbaycanda pərakəndə ticarət dövriyyəsi artıb

Bu ilin yanvar-mart aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 14,6 milyard manatlıq, o cümlədən 8,1 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 6,5 milyard manatlıq qeyri-ərzaq malları satılıb.

Bakıvaxtı.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, ötən ilin yanvar-mart ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,8 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,7 %, qeyri-ərzaq malları üzrə 6,3 % artıb.

2025-ci ilin yanvar-mart aylarında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 51,0 %i ərzaq məhsullarının, 4,6 %-i içkilər və tütün məmulatlarının, 14,9 %-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,9 %-i avtomobil benzini və dizel yanacağının, 4,4 %-i elektrik malları və mebellərin, 2,3 %-i əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,3 %-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 15,6 %-i isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

Hesabat dövründə qeyri-dövlət sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən satılmış malların dəyəri əvvəlki ilin eyni dövrü ilə müqayisədə real ifadədə 3,8 % artaraq ümumi pərakəndə ticarət dövriyyəsinin 99,8 %-ni təşkil edib.

2024-cü ilin yanvar-mart ayları ilə müqayisədə 2025-ci ilin yanvar-mart aylarında pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 8,1 %, fərdi sahibkarlar üzrə 1,4 %, bazar və yarmarkalarda isə 3,5 % artıb.

Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 475,3 manatlıq, o cümlədən 264,3 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 211 manatlıq qeyri-ərzaq malları aıb.


SON XƏBƏRLƏR