• Bakı 22° C

    4.12 m/s

  • USD - 1.7

    EUR - 1.9784

    RUB - 1.9936

Azərbaycanda sərnişindaşıma artıb

CƏMİYYƏT

20 Mart 2023 | 11:15

Azərbaycanda sərnişindaşıma artıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda yük və sərnişin daşımaları 2022-ci ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 6,6 % və 20,7 % çox olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilir ki, 2 ay ərzində nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri 33,8 milyon ton yük daşıyıb. Yüklərin 53,3 %-i avtomobil nəqliyyatı, 34,7 %-i isə boru kəməri, 8,6 %-i dəmir yolu, 3,3 %-i dəniz, 0,1 %-i hava ilə daşınıb.

Qeyri-dövlət sektoruna məxsus nəqliyyat vasitələri ilə daşınmış yüklərin həcmi 4,2 % artıb, daşınmış yüklərin ümumi həcmində bu sektorun xüsusi çəkisi 74,7 % təşkil edib..

Hesabat dövründə nəqliyyatçılar 271,7 milyon sərnişinə xidmət göstərib. Sərnişinlərin 87,1 %-i avtomobil, 12,4 %-i metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Sentyabr 2026