• Bakı 6° C

    0.42 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Azərbaycanda ŞOK OLAY: Ana övladının başını daşla əzdi - YENİLƏNİB + VİDEO

CƏMİYYƏT

20 Fevral 2024 | 22:36 | Müəllif: Subhan Mahmudov

Azərbaycanda ŞOK OLAY: Ana övladının başını daşla əzdi - YENİLƏNİB + VİDEO

Fevralın 20-də 14:20 radələrində Ağstafa rayonu, Heydər Əliyev prospekti, Səməd Vurğun parkına 2014-cü il təvəllüdlü azyaşlı (kişi cinsli) ilə bağlı çağırış daxil olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə TƏBİB-in məlumatında deyilir.

Bildirilib ki, azyaşlı saat 14:40 radələrində başın təpə nahiyəsinin çapılmış yaraları diaqnozu ilə Ağstafa Rayon Mərkəzi Xəstəxanasının (RMX) Təcili yardım şöbəsinə ambulansla gətirilib.

"Ona zəruri tibbi xidmətlər göstərilib, tetanus əleyhinə zərdab vurulub. Hazırda Ağstafa RMX-nın Təcili yardım şöbəsində həkim nəzarətindədir", - deyə məlumatda qeyd edilib.

Qeyd edək ki, Ağstafada ana daşla azyaşlı övladına xəsarət yetirib. Bununla bağlı görüntülər sosial şəbəkədə yayılıb. Faktla bağlı Daxili İşlər Nazirliyi araşdrıma aparır.

 

18:17

Azərbaycanda baş verən hadisə insanları dəhşətə gətirib.

Bakıvaxtı.az oxu.az-a istinadən xəbər verir ki, ana övladının başını daşla əzib.

Həmin görüntünü təqdim edirik:


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR