"Azərbaycanda startapların investisya problemi hələlik həllini tapmayıb. Uzun illərdir hər hansı bir Vençur Fondu yaradılmayıb".
Bakıvaxtı.az xəbər verir ki, bunu Azərbaycan İnternet Formunun Prezidenti Osman Gündüz deyib.
Ekspert deyib ki, xarici fondların ölkəmizə gəlməsi üçün şəraitlə bağlı problemlər var: "Vençur maliyyələşmə və vençur fondlarla bağlı qanun layihəsini uzun illərdi ki, qəbul etmək mümkün olmayıb. Cavabdeh qurumlar, ASAN, RİNN və KOBİA hələlik bu problemi həll edə bilməyiblər. Hazırda bu qanun layihəsinin ASAN tərəfindən başa çatdırılaraq hökumətə təhvl verildiyi bildirilsə də, nə zaman qəbul ediləcəyi ilə bağlı konlkret heç nə məlum deyil. Vençur qanunun qəbulu uzun müddət ləngidiyindən digər cavabdeh qurum olan RİNN mövcud hüquqi çərçivələr daxilində dövlət-özəl tərəfdaşlığı ilə belə bir fondun yaradılmasına qərar verib”.
Onun sözlərinə görə, ötən həftə RİNN elan edib ki, vençur maliyyələşmə ilə bağlı 10 milyon manat büdcəsi olan Vençur Fond yaradılması üzərində işlər başa çatıb.:
“Qanun layihəsindən əlimizi üzdüyümüzdən səbirsizliklə yeni fondun elan edilməsini gözləyirik. Bir daha vurğulamaq istərdim ki, sadaladığım investisiyalar yalnız müharibə gedən dövrlə bağlıdır”, - deyə Osman Gündüz əlavə edib.
Nuranə Daxilqızı
















