• Bakı 21° C

    5.89 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Daşkəsəndə toya gələn gənci öldürən şəxs tutuldu - YENİLƏNİB

HADİSƏ

25 Iyul 2021 | 21:02

Daşkəsəndə toya gələn gənci öldürən şəxs tutuldu - YENİLƏNİB

Daşkəsən şəhərində keçirilən toy mərasimində 23 yaşlı gənci ürəyindən bıçaqlayaraq qətlə yetirən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Bakıvaxtı.az xəbər verir ki, Daşkəsən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində 1997-ci il təvəllüdlü Tağıyev Şakir Şükür oğlu saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı Daşkəsən rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Qeyd edək ki, həmin şəxs cinayəti törətdikdən sonra hadisə yerindən qaçmışdı.

***17:53

Daşkəsən şəhərində keçirilən toy mərasimində bıçaqlanma olub, ölən var.

Bakıvaxtı.az xəbər verir ki, Daşkəsən şəhər ərazisində keçirilən toy mərasimində qonaqlar arasında mübahisə yaşanıb.

Bir nəfər bıçaqlanıb. O, ağır halda xəstəxanaya aparılan zaman yolda dünyasını dəyişib.

Faktla bağlı araşdırmalara başlanılıb.(report.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Sentyabr 2026
18 Sentyabr 2026