• Bakı 17° C

    2.73 m/s

  • USD - 1.7

    EUR - 1.9019

    RUB - 2.0923

Odessada "Rusiya" yazılı köynəyə görə amerikalı saxlanılıb

HADİSƏ

24 Avqust 2021 | 12:26

Odessada "Rusiya" yazılı köynəyə görə amerikalı saxlanılıb

Odessada "Rusiya" yazısı olan köynəyi geyinən amerikalı saxlanılıb.

Bakıvaxtı.az Ukraynanın "Dumskoe" qəzetinə istinadən xəbər verir ki, polis Odessada Rusiya bayrağının rənglərində və "Rusiya" yazılı köynəkdə şəhəri gəzən bir amerikalını saxlayıb. Şəxs Ukrayna bayrağının Potemkin Nərdivanında təntənəli şəkildə yerləşdirilməsi mərasimi zamanı saxlanılıb. Eyni zamanda, amerikalı "özünü diqqət çəkən şəkildə apararaq vətəndaşlarla qarşıdurmaya səbəb olub və eyni zamanda polisdən qaçmağa çalışıb.

Yerli KİV -in yaydığı videoda amerikalı, Ukrayna hüquq -mühafizə orqanlarının əməkdaşlarının həbs zamanı etdikləri hərəkətlərə hiddətləndiyi bildirir. Səhv bir şey etmədiyini söyləyərək polisləri "siyasətinə görə rusları sevməyən" irqçi adlandırıb və ABŞ prezidenti Co Baydenlə "əlaqə saxlayacağına" söz verib.

Tərcümə şöbəsi

Bakıvaxtı.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

01 Noyabr 2026