• Bakı 11° C

    2.44 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Gürcüstanda təbii fəlakət - kəndlərlə əlaqə kəsildi

HADİSƏ

22 Sentyabr 2021 | 22:17 | Müəllif: Subhan Mahmudov

Gürcüstanda təbii fəlakət - kəndlərlə əlaqə kəsildi

Güclü leysan yağışları Acarıstan Muxtar Respublikası ərazisində ciddi problemlər yaratmaqda davam edir. 

Bakıvaxtı.az xəbər verir ki, muxtar respublikanın Xelvaçuri bələdiyyəsi ərazisindən keçən çaylarda suyun səviyyəsi qalxıb, torpaq sürüşməsi baş verib, bəzi kəndlərlə əlaqə kəsilib.

Xelvaçuri bələdiyyəsinin Periya kəndində torpaq sürüşməsi nəticəsində bir neçə ev uçub.

Xelvaçuri şəhərinin meri bildirib ki, şəhərdə yaradılmış qaynar xəttə torpaq sürüşməsi ilə bağlı 80-dən çox müraciət daxil olub. Artıq 8 ailə ekomiqrantdır. Onların evlə təmin olunmaları istiqamətində tədbirlər görülür.

Qeyd edək ki, Gürcüstanın bölgələrində əlverişsiz hava şəraiti, leysan yağışları davam edir. Qara dəniz sahillərində qasırğa ilə bağlı əhaliyə xəbərdarlıq olunub.(axar.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026