• Bakı 22° C

    6.49 m/s

  • USD - 1.7

    EUR - 1.9353

    RUB - 2.0073

Keçmiş icra başçısına hökm oxundu

HADİSƏ

22 Oktyabr 2021 | 13:20

Keçmiş icra başçısına hökm oxundu

Kürdəmir Rayon İcra Hakimiyyətinin sabiq başçısı Ceyhun Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Bakıvaxtı.az xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə C.Cəfərov 8 il 6 ay müddətə azadlıqdan məhrum edilib.

Onunla birgə həbs edilən Tacəddin Novruzov və Natiq Kərimova 8 il 6 ay, Eynulla Novruzov, Məhəmməd Musayev, Mətləb Allahverdiyev və Rəcəb Hüseynova 8 il 3 ay, Sərvər Məmmədova 2 il 6 ay həbs cəzası, Məhəmmədəli Surxayevə 3 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.

Xatırladaq ki, təqsirləndirilən şəxslər vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə, rüşvət almaqda ittiham edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR