• Bakı 6° C

    0.97 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Xızı polisi əməliyyat keçirdi - 6 nəfər saxlanılıb

HADİSƏ

23 Sentyabr 2021 | 11:29

Xızı polisi əməliyyat keçirdi - 6 nəfər saxlanılıb

Xızı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən narkotik vasitələrin saxlanılması, satışı və qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, RPŞ əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakinləri Samir Qayıbov, İmran Bağırov, Müslüm Əhmədov, Rəşad Quliyev, Orxan Ələkbərov və Əsgərəli Rzayev saxlanılıblar.

Həmin şəxslərin üzərlərinə və yaşadıqları evə baxış keçirilən zaman xeyli miqdarda “patı”, “şüşə” adlanan narkotik vasitə metamfetamin, heroin və marixuana aşkar olunaraq maddi sübut kimi götürülüb.

Faktlarla bağlı RPŞ-də cinayət işi başlanılıb.


Xızı polisi əməliyyat keçirdi - 6 nəfər saxlanılıbXızı polisi əməliyyat keçirdi - 6 nəfər saxlanılıbXızı polisi əməliyyat keçirdi - 6 nəfər saxlanılıbXızı polisi əməliyyat keçirdi - 6 nəfər saxlanılıbXızı polisi əməliyyat keçirdi - 6 nəfər saxlanılıbXızı polisi əməliyyat keçirdi - 6 nəfər saxlanılıbXızı polisi əməliyyat keçirdi - 6 nəfər saxlanılıb
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR