• Bakı 8° C

    1 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Füzuli sakinlərindən narkotik götürüldü

HADİSƏ

23 Sentyabr 2021 | 10:38

Füzuli sakinlərindən narkotik götürüldü

Füzuli Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər tutulub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, daxil olan məlumatlar əsasında polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakinləri İlkin Əhmədov, əvvəllər məhkum edilmişlər Sərvan Əliyev və Əli Bəylərov saxlanılıblar.

Axtarışlar zamanı saxlanılan şəxslərdən “patı” adlanan psixotrop maddə metamfetamin, heroin və marixuana aşkar edilərək götürülüb.

Qeyd edilən faktlarla bağlı Füzuli RPŞ-də araşdırmalar davam etdirilir.


Füzuli sakinlərindən narkotik götürüldü
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Noyabr 2026