• Bakı 26° C

    1.27 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Azərbaycanda vaksin setrifikatı ləğv olunur?

CƏMİYYƏT

12 Aprel 2022 | 12:14 | Müəllif: Qalib İbrahimoğlu

Azərbaycanda vaksin setrifikatı ləğv olunur?

Son vaxtlar vaksin sertifikatının ləğv ediləcəyi ilə bağlı məlumatlar yayılıb. Belə ki, bir neçə ölkədə sərt karantin qaydaları, məhdudiyyətlər ləğv edildiyi üçün insanlar Azərbaycanda da vaksin sertifikatı tələbinin ləğv olunacağını düşünür. Hətta bu səbəbdən 3-cü, yəni buster doza vaksin vurdurmaq istəməyənlərə də rast gəlinir.

İnfeksionist Mərdan Əliyev Bakıvaxtı.az-a bildirib ki, son günlərdə vaksin sertifikatı tələbinin ləğv olunması söhbəti var: “Ola bilsin ki, vaksin sertifikatı ləğv olunsun. Artıq sertifikat tələb olunmasa, yəqin ki, 3 və 4-cü dozanın vurdurulması da gündəmdən düşəcək. Ona görə, düşünürəm ki, artıq heç kəs vaksin vurdurmayacaq”.

Onun sözlərinə görə, 3-cü və 4-cü doza vaksini yalnız vaksin sertifikatı tələb olunan müəyyən yerlərə getmək istəyənlər, iş yeri tələb edənlər vurdurur: “Bu vaksin sertifikatı da tələb olunmayacaqsa, 3-cü və 4-cü dozalar da vurulmayacaq”.

Müsahibimizə görə, digər tərəfdən, bu, tövsiyə xarakterli də ola bilər: “Məsələn, yaşlı və risk qrupuna daxil olan şəxslər peyvəndlərini davam etdirməlidir. Çünki virusla təmasda olma ehtimalımız var və növbəti qış aylarında bu ehtimal daha da arta bilər”.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Sentyabr 2026