• Bakı 20° C

    3.79 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Azərbaycandan sonuncu zəvvar qrupu Həccə getdi

CƏMİYYƏT

22 Iyun 2023 | 09:01 | Müəllif: Qalib İbrahimoğlu

Azərbaycandan sonuncu zəvvar qrupu Həccə getdi

Bu gün Azərbaycandan Həcc ziyarətinə gedən sonuncu zəvvar qrupu yola salınıb.

Bakıvaxtı.az xəbər verir ki, 180 zəvvar yerli vaxtla səhər saat 6-da Heydər Əliyev Beynəlxalq Hava limanından Bakı-Ciddə reysi ilə ziyarətə gedib.

Bununla da bu il Həcc ziyarətində olacaq 1440 Azərbaycanlı zəvvar müqəddəs torpaqlara yola salınıb.

Vacib əməlləri yerinə yetirdikdən sonra zəvvarlarımız Səudiyyə Ərəbistanı Krallığından uyulun 5-dən etibarən Vətənə qayıtmağa başlayacaqlar.

Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətindən Bakıvaxtı.az-a verilən xəbərə görə, bu il ümumilikdə 1440 azərbaycanlı zəvvar ziyarətə yola düşüb.

Qeyd edək ki, Azərbaycandan ilk zəvvar qrupu iyunun 17-də Həccə gedib.

Nərgiz Məmmədli


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR