• Bakı 21° C

    6.22 m/s

  • USD - 1.7

    EUR - 1.9312

    RUB - 2.0118

Azərbaycanın BMT-dəki daimi nümayəndəsi TŞ-də erməni yalanlarını İFŞA EDİR

CƏMİYYƏT

17 Avqust 2023 | 00:27

Azərbaycanın BMT-dəki daimi nümayəndəsi TŞ-də erməni yalanlarını İFŞA EDİR

“Ermənistanın humanitar məsələ kimi təqdim etməyə çalışdığı şey, əslində, Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə zərbə vurmaq məqsədilə aparılan təxribatçı və məsuliyyətsiz siyasi kampaniyadır”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev qurumun Təhlükəsizlik Şurasının iclasında bildirib.

Onun sözlərinə görə, 30 ilə yaxındır ki, məhz Ermənistan 1993-cü ilin müvafiq dörd qətnaməsinə və Təhlükəsizlik Şurası sədrinin işğalçı qüvvələrin Azərbaycan ərazisindən tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən bir sıra bəyanatlarına məhəl qoymayıb:

“Bu kontekstdə Ermənistanın hərəkətləri əvvəlcədən planlaşdırılmış siyasi ikiüzlülüyün təcəssümündən başqa bir şey deyil və onun Təhlükəsizlik Şurasına müraciəti beynəlxalq ictimaiyyəti manipulyasiya etmək və çaşdırmaq üçün bir neçə ay davam edən kampaniyanın bir hissəsidir”.

Qeyd edək ki, nümayəndəmizin çıxışı hazırda davam edir. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Sentyabr 2026