• Bakı 13° C

    4.41 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Azərbaycanın kosmosa baxan gözü - REPORTAJ

CƏMİYYƏT

15 May 2023 | 09:54

Azərbaycanın kosmosa baxan gözü - REPORTAJ

Burada müşahidə üçün əlverişli aydın gecələrin sayı il ərzində 190-200-ə çatır. Bir neçə ilk elmi nailiyyətlərə bu məkanda imza atılıb.

Söhbət Böyük Qafqaz dağlarının şimali-şərqində, Bakı şəhərindən 150 km məsafədə, Pirqulu dağının şərq hissəsində, dəniz səviyyəsindən 1500 m yüksəklikdə yerləşən Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından gedir.

Bakıvaxtı.az xəbər verir ki, rəsədxananın Qalaktikalar  və  ulduz əmələgəlmə prosesləri şöbəsinin əməkdaşı Samirə Rəhimlinin sözlərinə görə, bu elmi tədqiqat məkanında fəaliyyət göstərən Astronomiya Muzeyi və teleskoplarla yaxından tanış olmaq üçün ekskursiyalar təşkil olunur.   

Rəsədxananın ilk teleskopu muzeydə sərgilənir. Burada astrofizika sahəsində nailiyyətləri də görmək olar.

Azərbaycan ərazisində düşmüş 3-cü meteorit burdadır. Birinci meteorit Ağcəbədiyə, ikinci Qazaxa, üçüncü Yardımlıya düşüb. Yardımlıya düşən meteorit muzeydə nümayiş olunur.

Rəsədxanadan hazırlanmış reportajı təqdim edirik:

Ramid İbrahimov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026