• Bakı 23° C

    8.28 m/s

  • USD - 1.7

    EUR - 1.9353

    RUB - 2.0073

Bu il Qarabağa nə qədər ailə qayıdacaq?

CƏMİYYƏT

14 Iyun 2023 | 09:34

Bu il Qarabağa nə qədər ailə qayıdacaq?

Bu ilin sonunadək ümumilikdə 2 minə yaxın məcburi köçkün ailəsinin, yəni 10 minə yaxın keçmiş məcburi köçkünün Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında öz doğma el-obalarına qayıdışı və daimi məskunlaşdırılması nəzərdə tutulub.

Bakıvaxtı.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov deyib.

Onun sözlərinə görə, Laçın şəhərinə 700-dək ailənin, Laçın rayonunun Zabux və Sus kəndlərinə 400 ailənin köçürülməsi nəzərdə tutulub. Eyni zamanda, Füzuli şəhərinə 267 ailənin, Zəngilanın Ağalı kəndinə növbəti mərhələdə 100-ə yaxın ailənin qayıdışı və məskunlaşdırılması nəzərdə tutulub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Sentyabr 2026