• Bakı 11° C

    5.66 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Rusiyada azərbaycanlı avtoritet mühakimə olunacaq

CƏMİYYƏT

14 Iyul 2023 | 00:46 | Müəllif: Subhan Mahmudov

Rusiyada azərbaycanlı avtoritet mühakimə olunacaq

Moskvada cinayət iyerarxiyasında ən yüksək pilləni tutmaqda təqsirli bilinən 41 yaşlı azərbaycanlının cinayət işinin istintaqı yekunlaşıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin Moskva İdarəsinin nümayəndəsi məlumat verib.

İş üzrə təqsirləndirilən şəxs qanuni oğru, kriminal aləmdə Beyləqanlı Hacı kimi tanınan Hacıbaba Talıbxanlıdır. O, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 210.1-ci maddəsi ilə (“Cinayət iyerarxiyasında ən yüksək pillə tutmaq”) ittiham olunur.

Müstəntiqlərin fikrincə, 2012-ci ildə o, xüsusilə ağır cinayət törətdikdən sonra qanuni oğru adına layiq görülüb. Bildirilir ki, o, hazırda məhkumdur və uzun müddətə cəza çəkir.

İstintaq zamanı 20-dən çox şahid, o cümlədən kriminal aləm sahəsi üzrə mütəxəssis dindirilib. Cinayət işi ittiham aktının təsdiqi üçün prokurorluğa göndərilib, daha sonra qanuni oğru məhkəmə qarşısına çıxarılacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026