• Bakı 11° C

    12.08 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Bu gün Azərbaycanda “Son zəng”dir

CƏMİYYƏT

14 Iyun 2023 | 00:03 | Müəllif: Subhan Mahmudov

Bu gün Azərbaycanda “Son zəng”dir

Bu gün Azərbaycanın ümumi təhsil müəssisələrində “Son zəng” tədbiri keçiriləcək.

Bakıvaxtı.az xəbər verir ki, 2022-2023-cü tədris ilində ümumi təhsilin tam orta təhsil səviyyəsini Elm və Təhsil Nazirliyinin strukturuna daxil olan ümumi təhsil müəssisələrində 100 084, digər qurumların tabeliyində olan ümumi təhsil müəssisələrində 1104, özəl ümumi təhsil müəssisələrindən 727 nəfər məzun olacaq.

Qeyd edək ki, elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmrinə əsasən, “Son zəng” tədbiri hər bir ümumi təhsil müəssisəsinin həyətyanı sahəsində, həyətyanı sahəsi olmayan ümumi təhsil müəssisələrinin idman və ya akt zallarında təşkil olunacaq.

“Son zəng” tədbirində valideyn komitələri, valideyn-müəllim assosiasiyaları və ictimaiyyətin nümayəndələri iştirak edə bilərlər.

“Son zəng” müddətində şagirdlərin təhlükəsizliyinin təmin olunması istiqamətində zəruri tədbirlər görüləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Noyabr 2026