• Bakı 11° C

    2.44 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Ermənistanın Laçın yolu ilə bağlı tələbi rədd edildi

CƏMİYYƏT

13 Iyul 2023 | 23:38 | Müəllif: Subhan Mahmudov

Ermənistanın Laçın yolu ilə bağlı tələbi rədd edildi

Insan Hüquqları üzrə Avropa Məhkəməsi Ermənistanın Laçın yolu ilə bağlı müvəqqəti təminat tələbini rədd edib.

Bu barədə Bakıvaxtı.az-a Azərbaycan Republikasının İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında səlahiyyətli nümayəndəsi, Ali Məhkəmənin sədr müavini Çingiz Əsgərov bildirib.

2023-cü il 12 iyul tarixində Insan Hüquqları üzrə Avropa Məhkəməsi müvəqqəti təmin tədbirlərinin tətbiqi ilə bağlı Ermənistan Azərbaycana qarşı məhkəmə işi üzrə Ermənistanın 2023-cü il 21 iyun tarixli tələbini tamamilə rədd edib.

Beləliklə, Avropa Məhkəməsi Ermənistanın sərhəd nəzarət buraxılış məntəqəsinin aradan qaldırılması ilə bağlı tələbinin əsassız olduğuna dair qərar qəbul edib.

Avropa Məhkəməsi nəzarət-buraxılış məntəqəsinin Laçın yolu boyunca hərəkətə mane olduğunu və Azərbaycanın 2022-ci ilin 21 dekabr tarixli Qərarını pozduğunu müəyyən etməyib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026