• Bakı 9° C

    2.11 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Astarada batma təhlükəsi ilə üzləşən qadın xilas edildi

CƏMİYYƏT

13 Iyul 2023 | 21:47 | Müəllif: Subhan Mahmudov

Astarada batma təhlükəsi ilə üzləşən qadın xilas edildi

Astarada batma təhlükəsi ilə üzləşən qadın xilas edilib.

Bu barədə Bakıvaxtı.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

“112” qaynar telefon xəttinə Astara rayonu ərazisində 1 nəfər qadının dənizdə batma təhlükəsində olması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Astara” dalğıc-axtarış qrupu cəlb edilib.

Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində dənizdə batma təhlükəsində olan 2007-ci il təvəllüdlü vətəndaş dalğıclar tərəfindən xilas edilərək həkim briqadasına təhvil verilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR