• Bakı 12° C

    3.83 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Azərbaycanın valyuta bazarı kiçildi

İQTİSADİYYAT

16 May 2023 | 16:11

Azərbaycanın valyuta bazarı kiçildi

Bu ilin I rübündə Azərbaycanın valyuta bazarında 7,8 milyard ABŞ dolları dəyərində əməliyyat aparılıb.

Bakıvaxtı.az  Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 9 % azdır.

Rüblük əməliyyatların 6,8 milyard ABŞ dolları nağdsız, 1 milyard ABŞ dolları isə nağd valyuta bazarında baş tutub. Bunlar isə 1 il əvvələ nisbətən müvafiq olaraq təxminən 8 % və 20 % azdır.

Nağdsız valyuta əməliyyatlarının 80,6 %-i ABŞ dollarında, 19,4 %-i digər valyutalarda, nağd valyuta əməliyyatlarının isə 83,1 %-i ABŞ dollarında, 16,9 %-i digər valyutalarda aparılıb.

İl ərzində ölkədə xarici valyutanın xalis satışı 6 dəfə azalıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026