• Bakı 13° C

    8.97 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Azərbaycanlı müğənni koronavirusa yoluxdu - FOTO

MƏDƏNİYYƏT

24 Yanvar 2022 | 12:58 | Müəllif: Qalib İbrahimoğlu

Azərbaycanlı müğənni koronavirusa yoluxdu - FOTO

Türkiyədə yaşayan azərbaycanlı müğənni İradə İbrahimova koronavirusa yoluxub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə müğənninin özü "Instagram" səhifəsində paylaşım edib.

"Özümü tanıdığım ilk gündən bəri “məsafə”siz bir günüm olmadı. Məsafə mənim qalxanım, bir parçam oldu. COVID-lə bərabər təkrar məsafə saxladıqlarım, geri çəkildiyim,yaxınıma yaxınlaşdırmadıqlarım da oldu. COVID-ə gəlincə, gəldiyi kimi gedəcəyini bilirəm. Yaradan yaratdığı kimi yox da edəcək. Hələki vəzifə başında olduğunu da, bizləri tərbiyyə etdiyini, öyrətməyə çalışdığını da bilirəm. Duam, hər nə öyrətməyə gəlibsə başa düşərik, öyrənərik. Can aldığı, nəfəssiz qoyduğu vaxtlarda belə mənə dəyib-dolaşmadı.Bunun üçün mən də çox əmək verdim açığı. Yanıma yaxınlaşmamağı üçün çox səy göstərdim,amma olmadı".

Müğənni deyib ki, günlərdir evin ən “pozitiv”i olaraq sevdiklərindən uzaq, otağına bağlı şəkildə “neqativ”ə dönəcəyi günləri sayır: "Bağlı qapının arxasından həyatın davam etdiyinin şahidi olmaq məni həm sevindirir, həm də düşündürür…Demək, mən yox ikən də həyat mənsiz öz axarında, gözəl bir şəkildə davam edir".

"Bu arada “yaxşıyam, narahat olmayın!” deməyi unutmuşam", - deyə İradə İbrahimova paylaşımında qeyd edib.

Aytac Aslan


Azərbaycanlı müğənni koronavirusa yoluxdu - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026