• Bakı 25° C

    19.95 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Azərin şikayəti rədd edildi

CƏMİYYƏT

30 Dekabr 2024 | 18:21 | Müəllif: Subhan Mahmudov

Azərin şikayəti rədd edildi

“TikTok” əməliyyatı ilə həbs edilən aparıcı Azər Zahid və digərləri həbs qərarından narazıdır.

Bakıvaxtı.az “qafqazinfo”ya istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində əvvəlcə A.Zahidin şikayətinə baxılıb.

Qumar oyunlarının təşkili və cinayət yolu ilə qazanılmış pulların leqallaşdırılmasında ittiham olunan aparıcı barəsindəki qərarın ləğv edilərək sərbəst buraxılmasını istəyib.

Amma yuxarı instansiya məhkəməsi aparıcının dediklərini əsaslı hesab etməyib, Nərimanov Rayon Məhkəməsinin hakimi Gültəkin Əsədovanın 4 aylıq həbs qətimkan tədbiri qərarını qüvvədə saxlayıb.

Eyni gündə narkotik cinayəti ilə əlaqədar saxlanılan digər tiktokçuların da şikayətinə baxılıb.

“Magerramoff” adı ilə tanınan Əmrah Məhərrəmovun və Nuh Məmmədovun hüquqlarını vəkil Yusif Seyfəlov müdafiə edir. Vəkil deyib ki, müvəkkilləri barəsindəki həbs qərarından verilmiş apellyasiya şikayətləri təmin edilməyib.

Qeyd edək ki, “TikTok”da əxlaqsızlığın təbliğinə qarşı əməliyyat polis tərəfindən keçirilib. Saxlanılan şəxslər müxtəlif  cinayətətlərdə təqsirləndirilirlər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Sentyabr 2026