• Bakı 13° C

    8.33 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Bağçada uşağın döyülməsi kameraya düşdü - VİDEO

DÜNYA

05 Dekabr 2022 | 21:21 | Müəllif: Subhan Mahmudov

Bağçada uşağın döyülməsi kameraya düşdü - VİDEO

Rusiyada, Vladiqafqazda müəllimə uşaq bağçasında uşağı danlayaraq başını masaya vurub.

Bakıvaxtı.az bildirir ki, hadisə videoya çəkilib, görüntülər "Vladikavkaz FV" qrupunun "VKontakte" səhifəsində yayımlanıb.

Görünən videoda qadın digər uşaqlarla masa arxasında oturan şagirdə qışqırıb. Oğlan ağlamağa başlayıb, məktəbəqədər işçi başını masaya vurub.

Daha sonra xəsarət alan uşağın valideynləri polisə ərizə yazıb. Bundan başqa, insidentlə bağlı Şimali Osetiya prokurorluğunun əməkdaşları istintaqa qədərki yoxlamalara başlayıblar.(milli.az)

"Əsaslar olarsa, prokurorluq tərəfindən hərtərəfli cavab tədbirləri görüləcək", - idarənin saytında yerləşdirilən məlumatda deyilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026