• Bakı 12° C

    3.83 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Bağçalarda 2 milyonluq yeyinti iddiası barədə AÇIQLAMA

CƏMİYYƏT

16 Aprel 2021 | 16:52

Bağçalarda 2 milyonluq yeyinti iddiası barədə AÇIQLAMA

Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri İdarəsi 2 milyonluq yeyinti məsələsi ilə bağlı açıqlama verib.

Qurumdan Bakıvaxtı.az-a verilən məlumatda bildirilib ki, sözgedən məsələ 8 ay bundan əvvəl Hesablama Palatası tərəfindən aparılmış auditin nəticələrindən gedir:

"Hesablama Palatasının audit hesabatında söhbət yeyintidən və ya mənimsənilmə faktından deyil, görülən işlərin mal-material uçotunda düzgün əks etdirilməməsindən gedir. Belə ki, Hesablama Palatasının hesabatında da qeyd edildiyi kimi söhbət qeyd edilən ərzaq və geyimlərin alınmaması faktından deyil, menyuda nəzərdə tutulandan fərqli ərzaq növlərinin (sümüksüz mal əti və s.), həmçinin müəssisə daxili uniformaların alışından gedir.

Bu məsələləri 2 milyonluq yeyinti kimi təqdim etmək görünür kiməsə lazımdır. Aktda qeyd olunan digər məsələlərlə bağlı təsdiqini tapmış bəzi məbləğlərin icraçı şirkətlər tərəfindən dövlət büdcəsinə bərpası tam təmin edilimişdir. Bəzi mətbuat orqanlarında məlumatların yoxlanılmadan tirajlanması əvəzinə dəqiqləşdirilərək verilməsi fikrimizcə peşəkarlıq baxımından daha məqsədəuyğun olardı".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026