• Bakı 11° C

    5.19 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Bağçalarda tərbiyəçi-müəllim işləmək istəyənlərin NƏZƏRİNƏ

CƏMİYYƏT

04 Oktyabr 2023 | 12:16

Bağçalarda tərbiyəçi-müəllim işləmək istəyənlərin NƏZƏRİNƏ

Məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsinə başlanılır.

Elm və Təhsil Nazirliyindən Bakıvaxtı.az-a bildirilib ki, elektron sənəd qəbulu mərhələsi 5 – 12 oktyabr tarixlərini əhatə edəcək. Müsabiqədə iştirak etmək istəyən namizədlər 5 oktyabr saat 11:00-dan 12 oktyabr saat 11:00-dək www.miq.edu.az linkinə daxil olaraq qeydiyyatdan keçə bilərlər.

Qeyd edək ki, məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqə ötən il ilk dəfə mərkəzləşdirilmiş qaydada həyata keçirilib. Cari tarixədək müsabiqə nəticələrinə əsasən 244 namizəd işlə təmin olunub. Hazırda məktəbəqədər təhsil müəssisələrində tərbiyəçi-müəllim vəzifəsi üzrə 91 vakant yer mövcuddur.

Tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqədə orta ixtisas və ali təhsil müəssisələrini məktəbəqədər təhsil üzrə bitirmiş şəxslər iştirak edə bilərlər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026