• Bakı 10° C

    2.91 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Hava limanına hərəkət edən avtobusların qrafiki dəyişdi

CƏMİYYƏT

03 Noyabr 2023 | 11:39

Hava limanına hərəkət edən avtobusların qrafiki dəyişdi

"BakuBus" MMC Heydər Əliyev Beynəlxalq Aeroportuna hərəkət edən ekspress avtobus marşrut xəttinin hərəkət qrafikində dəyişiklik edib.

Bakıvaxtı.az bu barədə şirkətə istinadən xəbər verir.

Məlumata görə, “Hava limanı- “Koroğlu” m/s- “28 may” m/s” marşrutu üzrə fəaliyyət göstərən “Aeroport Express” noyabrın 1-dən etibarən 30 dəqiqə hərəkət intervalı ilə gecə saat 01:00-ə qədər fəaliyyət göstərməyə başlayıb. İndiyə qədər həmin avtobuslar 1 saatlıq intervalla saat 06:00-dan 00:00-a qədər xidmət göstərirdi.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026