• Bakı 20° C

    15.53 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Ölümə aparan yol nişanları

CƏMİYYƏT

03 Noyabr 2023 | 11:51 | Müəllif: Qalib İbrahimoğlu

Ölümə aparan yol nişanları

“Yol nişanları uzaqdan diqqət çəkməlidir ki, piyada da, sürücü də onu görsün. Yoxsa, bəzən görürsən ki, hansısa yol nişanının rəngi gedib, bilinmir ki, burda hansı addım atılmalıdır”.

Bunu Bakıvaxtı.az-a Bakı sakini Firdovsi Əhmədzadə deyib. O, bəzi yollarda zədələnmiş yol nişanlarının təzələnməməsindən şikayətlənib.

Onun sözlərinə görə, bəzən də yol nişanları ağacların arxasında qoyulduğundan, onları görmək ümumiyyətlə, çətin olur: “Bu isə nə qədər diqqətli olsan da, qəzaya səbəb olur”.

Elməddin Muradlı: Yol nişanına vaxtında texniki qulluq göstərilmirsə, nəticəsi ağır olur

Məsələylə bağlı Bakıvaxtı.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı bildirib ki, yol təsərrufatına qulluq edən təşkilat və qurumlar nişanlara vaxtında nəzarət etməlidir. Onun sözlərinə görə, ərazidə Yol Patrul Xidmənin əməkdaşları xidmət aparır. Onlar gündəlik raport yazaraq ərazidəki qüsurlar barədə məlumat verməlidirlər: “Məlumatlar əsasında aidiyyati qurumlar ərazidəki qüsurları aradan qaldırmağa başlamalıdırlar. Yol hərəkətinin təşkili elə bir məsələdir ki, hər hansı nişana vaxtında texniki qulluq göstərilmirsə, nəticəsi çox ağır ola bilər”.

Müsahibimiz bildirib ki, sürücülər nişanlanma xətlərini görmürsə, qəzalar qaçılmazdır: “Bu baxımdan, düşünürəm ki, prosesləri nəzarət altında saxlayıb aşkarlanan problemləri vaxtında aradan qaldırmaq lazımdır. İşin təşkili elə formada olmalıdır ki, hər hansı qüsur, nöqsan qalmasın. Ərazidə belə qüsurlar varsa, dərhal aradan qaldırılmalıdır. Yol hərəkətinin təşkili belə nöqsanları sevmir, ağır nəticələr, ölüm hadisələri ilə üzləşmədən aradan qaldırmaq lazımdır”.

Tural Orucov: Zədələnmiş yol nişanlarının əvəzlənməsi mərhələli qaydada həyata keçirilir

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq bildirib ki, yol nişanları nəqliyyat vasitələrinin və piyadaların təhlükəsiz və nizamlı hərəkətini təmin etmək, həmçinin yol hərəkəti iştirakçılarını məlumatlandırılması baxımından mühüm əhəmiyyət kəsb edən texniki vasitədir.

Onun sözlərinə görə, şəhərin yol nişanları ilə təchizatı vəziyyəti mütəmadi olaraq təhlil edilir: “Nişanların quraşdırılması həm bu təhlillər əsasında, həm də vətəndaş müraciətləri nəzərə alınaraq aparılır. Zədələnmiş yol nişanlarının əvəzlənməsi mərhələli qaydada həyata keçirilir”.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Sentyabr 2026