“İnfilyasiyanın gözə görünən və görünməyən səbəbləri çoxdur. Yəni, bu, daxili və xarici faktorlarla üst-üstə düşən məsələlərdir”.
Bunu iqtisadçı-ekspert Asif İbrahimov Bakıvaxtı.az-a ölkədə bahalaşmaya münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, bahalaşma həqiqətən də ciddi bir problemdir: “Dünyada baş verən proseslər, xarici faktorlar, postpandemiya dövründə iqtisadi aktivliyin aşağı düşməsi, qlobal istiləşmə, Ukrayna və Rusiya arasında gedən müharibə, o cümlədən, Hindistan və Çin kimi ölkələrin öz ərzaq tələbatından artıq ərzaq tədarükü görməsi qiymət artımına təsir göstərir”.
Ekspert deyib ki, bundan başqa, pandemiyadan sonra bəzi məhsulların logistikasında əlavə xərclər yaranıb. A.İbrahimov qeyd edib ki, daxili faktorlar da mövcuddur.
“Bildiyiniz kimi, Azərbaycanda 2021-2022-ci illər ərzində yanacağın qiyməti iki dəfə dəyişib. Hər hansı məhsulun əmələ gəlməsində çəkilən xərclər əsasdır. Düşünürəm ki, bu qiymət bahalaşması istər ölkədə istehsal olunan məhsullara , istərsə də idxal olunan məhsullara şamil olunur”.
A.İbrahimovun dediyinə görə, Azərbaycanda istehsal olunan məhsullar belə öz xammalını, tərkibində olan komponentləri xaricdən gətirir: “Məsələn, hər hansı qida məhsulunun qablaşdırılmasını həyata keçirərkən istifadə etdiyimiz politelen paketin xammalı xarici ölkələrdən gətirilir. İstehsal xərcləri artdığına görə, Azərbaycanda bir çox məsələlərdə gözə görünən və görünməyən infilyasiya baş verməyə məhkumdur”.
Müsahibimiz hesab edir ki, bununla bağlı bir çox tədbirlər həyata keçirmək olar: “Məsələn, əhalinin tez-tez istifadə etdiyi məhsulların qiymətinin aşağı salınması ilə bağlı hökumət bir sıra subsidiyalar edə bilər. Məsələn, gündəmdə olan məsələlərdən biri nəqliyyat xərclərinin artırılmasıdır. Yanacağın qiyməti iki dəfə artırıldığına görə Azərbaycanda sərnişin daşımanın fəaliyyətində qiymət artırıla bilər. Çünki artıq borcu xərcini ödəmir. Bundan başqa, sərnişindaşımada istifadə olunan əsas xərc meyarı hesab edilən ehtiyat hissələri Azərbaycana gətiriləkən gömrük rüsumlarının qiymətində fsntaktik qiymətlər ortaya çıxır. “Ərzaq məhsullarında da bunu müşahidə etmək mümkündür. Buna görə, həm Azərbaycanda, həm də xaricdə istehsal olunan məhsullarda qiymətəmələgəlmə prosesi ciddi təhlil olunmalı, xərclərin minimuma endirilməsi barədə işlər görülməlidir. Biz bunu bacarmırıqsa, sakitcə dayanıb Ümumdünya Ticarət Təşkilatına üzv olub bazara ucuz məhsulların daxil olmasına maneə törətməməliyik”.
Aytac Aslan




jpg-1673523247.webp)


jpg-1673520310.webp)








