• Bakı 10° C

    2.93 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Bakı böyükşəhər bələdiyyəsinin yaradılması təklif olunur

SİYASƏT

05 Aprel 2022 | 12:26 | Müəllif: Qalib İbrahimoğlu

Bakı böyükşəhər bələdiyyəsinin yaradılması təklif olunur

"Yeni qanunvericilik bazasının hazırlanması vacibdir".

Bakıvaxtı.az xəbər verir ki, bunu Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, bələdiyyə sahəsində kifayət qədər qanun olsa da, onların hamısının Bələdiyyə Məcəlləsi şəklində birşlədirilməsi daha məqsədəuyğun olardı.

Bələdiyyələrin birləşdiirlməsinin vacibliyinə də diqqət çəkən deputat deyib ki, ölkədə 1600-dən çox bələdiyyə var və işğaldan azad olunmuş ərazilərdə daha 500 bələdiyyə yaranacaq.

Siyavuş Novruzov bələdiyyələrin fəaliyyəti ilə bağlı bir sıra təklif səsləndirib. Bələdiyyə üzvlərin sayının azaldırlmasını təklif edən S.Novruzov hesab edir ki, onların sayının 3-7 arasında olması daha yaxşı olardı: "İlkin olaraq, Gəncə və Sumqayıt şəhərlərində vahid şəhər bələdiyyələrin yaradılması, sonra da effektli olarsa, Bakı böyükşəhər bələdiyyəsinin yaradılması təklif oluna bilər".

Onnu sözlərinə görə, təkliflər sırasında bələdiyyələrə onlayn iclas keçirilməyə icazə verilməsi, bələdiyyələrin maliyyə dayanıqlılıqlarının artırılması üçün müxtəlif sahələrin bələdiyyələrə verilməsi, bələdiyyələrin vergi ödəyicilərinə sanksiya tətbiq etmək hüququnun verilməsi də var.

Bundan başqa, Novruzov deyib ki, qəbristanlıqların bələdiyyələrə verilməsi ilə bağlı NK-nin müvafiq qərarı olsa da, hələ də tam yerinə yetirilmir.

C.Novruzov bələdiyyə torpaqlarının xəritəsinin bələdiyyələrə təqdim olunmalı olduğunu da bildirib.

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026