• Bakı 20° C

    7.05 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 0.0185

Bakı funikulyorunun istifadəyə verilməsindən 64 il ötür

CƏMİYYƏT

05 May 2024 | 16:12

Bakı funikulyorunun istifadəyə verilməsindən 64 il ötür

Bakı funikulyorunun fəaliyyətə başlamasından 64 il ötür.

Bakıvaxtı.az xəbər verir ki, funikulyor Əliş Ləmbəranskinin təşəbbüsü ilə tikilib və 1960-ci il mayın 5-də istifadəyə verilib.

Sovet dövründə funikulyorun qatarları xüsusi sifarişlə Ukraynanın Xarkov şəhərində hazırlanaraq paytaxta gətirilib.

Bakı funikulyorunun iki stansiyası var: “Bəhram Gur” və “Şəhidlər Xiyabanı”. Stansiyalararası məsafə 455 metrdir. Cəmi iki vaqonu olan bu funikulyorda vaqonlar bir stansiyadan digərinə dörd dəqiqəyə çatır. Vaqonlararası interval 10 dəqiqədir.

Funikulyor saatda orta hesabla 2 000 sərnişini daşımaq imkanına malik olub.

Bakı funikulyoru müxtəlif vaxtlarda bir neçə dəfə təmir edilib. 1980-ci illərin sonlarında qəza vəziyyətində olduğu əsas gətirilərək bağlanıb və 2001-ci ilin sonunda yenidən istifadəyə verilib. Bakı funikulyoru 2001 və 2007-ci ildə iki dəfə əsaslı şəkildə təmir edilib. 2007-ci ildəki təmirdən sonra vaqonların hərəkəti zamanı yaranan səs-küy minimuma endirilib. 2011-ci ilin aprelində isə yenidən təmirə bağlanıb. 23 may 2012-ci ildə əsaslı təmir və yenidənqurmadan sonra yenidən istifadəyə verilib.

 


SON XƏBƏRLƏR

20 Sentyabr 2024