• Bakı 21° C

    9.12 m/s

  • USD - 1.7

    EUR - 1.8131

    RUB - 0.0182

Bakı-Quba yolunda ağır qəza - Yük maşınları toqquşdu - FOTO

HADİSƏ

04 Fevral 2023 | 16:13

Bakı-Quba yolunda ağır qəza - Yük maşınları toqquşdu - FOTO

Bakı-Quba yolunda ağır tonnajlı yük maşınları toqquşub, xəsarət alan var.

Bu barədə Bakıvaxtı.az-a Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rövşən Tağıyev məlumat verib.

O bildirib ki, hadisə bu gün səhər saatlarında Bakı-Quba-Dağıstan sərhədi yolunun Siyəzən rayonu, Zarat kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

"Qeyd edilən magistral yolun 84-cü km-də “Mercedes-Benz” markalı 99-UT-794 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə “KamAZ” markalı 77-JD-854 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi toqquşub. Hadisə nəticəsində “KaMAZ” markalı nəqliyyat vasitəsinin sürücüsü Əhmədov Etibar yüngül bədən xəsarətləri alıb".

Faktla bağlı araşdırma aparılır.


SON XƏBƏRLƏR

22 Aprel 2024