Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bakıvaxtı.az xəbər verir ki. hadisə paytaxtın Xəzər rayonunda qeydə alınıb. Belə ki, yolu keçən 1956-cı il təvəllüdlü Həsənov Ələkbər Tofiq oğlunu avtomobil vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyinin əziyi diaqnozları qoyulub, vəziyyəti ağır qiymətləndirilir.
Hadisənin təfərrüatı araşdırılır.
















