• Bakı 11° C

    5.7 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 2.0422

Bakıda avtobus 9 maşına çırpıldı

HADİSƏ

27 Mart 2023 | 23:07 | Müəllif: Subhan Mahmudov

Bakıda avtobus 9 maşına çırpıldı

Bakının Yasamal rayonu, Şərifzadə küçəsində “Faiqoğlu” MMC-nin istismarında olan 114 nömrəli müntəzəm marşrut xətti üzrə 10 TH 052 DQN-lı avtobusun iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyindən (BNA) bildirilib.

Daşıyıcı şirkətdən verilən məlumata görə, hadisə avtobus depoya gedən zaman baş verdiyindən sərnişin olmayıb. Hadisə ilə bağlı araşdırma aparılır.

114 nömrəli marşrut üzrə “Daewoo” markalı avtobusu idarə edən sürücü sükana nəzarəti itirərək qarşısında hərəkətdə olan “Volkswagen” markalı maşına çırpılıb. Avtobusun çırpıldığı maşın “Opel” və “Chevrolet”ə dəyib. Daha sonra ardıcılıqla “Toyota” markalı minik maşını “Qazel”ə çırpılıb. “Qazel” ardıcılıqla hərəkətsiz vəziyyətdə dayanan minik maşınlarına çırpılıb. Qəza nəticəsində ümumilikdə 8 minik maşını, 1 yük avtomobili və sərnişini avtobusuna ciddi ziya dəyib. Hadisə zamanı “Opel” və “Chevrolet”də olan iki sərnişin xəsarət alıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Noyabr 2026