• Bakı 22° C

    2.66 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Xaçmazda oğurluq edib, Sumqayıtda saxlanıldı

HADİSƏ

26 Aprel 2023 | 12:19

Xaçmazda oğurluq edib, Sumqayıtda saxlanıldı

Xaçmazda dəmir yolundan oğurluq edən şəxs Sumqayıtda saxlanılıb.

Bu barədə Bakıvaxtı.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.

Bildirilib ki, Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Xaçmaz Xətt Polis Şöbəsinin Baş Sumqayıt Xətt Polis Bölməsinin əməkdaşları keçirilən əməliyyat-axtarış tədbirləri zamanı dəmir yolundan oğurluq etməkdə şübhəli bilinən Naxçıvan Muxtar Respublikasının Şərur rayon sakini Rahim Vəliyevi saxlayıblar.

Araşdırmalar zamanı məlum olub ki, həmin şəxs dəmir yolunun Baş Sumqayıt-Güzdək mənzilinin 23-cü kilometrliyindən işlək vəziyyətdə olan rabitə naqilini kəsərək oğurlayıb və satıb.

Faktla bağlı Xaçmaz Xətt Polis Şöbəsinin istintaq qrupunda cinayət işi başlanılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR